Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > ABŞ İspaniyaya qarşı ticarət məhdudiyyətləri tətbiq edəcəyini açıqlayıb
Ana Sayfa > Karusel / Dünya > ABŞ İspaniyaya qarşı ticarət məhdudiyyətləri tətbiq edəcəyini açıqlayıb

ABŞ İspaniyaya qarşı ticarət məhdudiyyətləri tətbiq edəcəyini açıqlayıb


9-07-2026, 08:46. Yazar: Admin

ABŞ İspaniyaya qarşı ticarət məhdudiyyətləri tətbiq edəcəyini açıqlayıb

ABŞ Prezidenti Donald Tramp NATO sammiti çərçivəsində İspaniyanı alyans qarşısında müdafiə xərcləri ilə bağlı öhdəliklərini yerinə yetirməməkdə və Vaşinqtonun İran siyasətinə kifayət qədər dəstək verməməkdə ittiham edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Reuters“ agentliyi məlumat yayıb.

Məlumata görə, o, bunun cavabı olaraq İspaniya ilə ticarətin dayandırılması barədə göstəriş verdiyini bildirib.

Madrid isə bu bəyanata cavab olaraq NATO qarşısındakı öhdəliklərini yerinə yetirdiyini və ABŞ-la ticarət məsələlərinin Avropa İttifaqı çərçivəsində tənzimləndiyini vurğulayıb.


Geri dön