Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ərdoğan: NATO müttəfiqləri arasında müdafiə sənayesi məhsullarının ticarətinə maneələr qalmamalıdır
Ana Sayfa > Karusel / Siyasət > Ərdoğan: NATO müttəfiqləri arasında müdafiə sənayesi məhsullarının ticarətinə maneələr qalmamalıdır

Ərdoğan: NATO müttəfiqləri arasında müdafiə sənayesi məhsullarının ticarətinə maneələr qalmamalıdır


9-07-2026, 08:29. Yazar: Admin

Ərdoğan: NATO müttəfiqləri arasında müdafiə sənayesi məhsullarının ticarətinə maneələr qalmamalıdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO müttəfiqləri arasında müdafiə sənayesi məhsullarının ticarətinə maneə qalmamalı olduğunu deyib.

Qarabaginfo.az xəbər verir ki, Ərdoğan bu barədə NATO sammitindən sonra keçirdiyi mətbuat konfransında danışıb.

O bildirib ki, Avropa İttifaqının müdafiə sahəsindəki təşəbbüsləri NATO-nu tamamlamalı və lazımsız təkrarlara səbəb olmamalıdır.

“Bir həqiqət var ki, Türkiyə kimi Avropa İttifaqına üzv olmayan müttəfiqlər Aİ-nin müdafiə sahəsindəki təşəbbüslərinə tam şəkildə cəlb edilmədikdə, bu təşəbbüslərin təsiri çox məhdud olacaq. Digər tərəfdən, müttəfiqlər arasında müdafiə sənayesi məhsullarının ticarətinə qoyulan bəzi məhdudiyyətlər azalsa da, hələ də qalmaqdadır. Bu maneələrin heç bir şərt irəli sürülmədən ən qısa zamanda aradan qaldırılması lazımdır”, - Ərdoğan bildirib.


Geri dön