Ana Sayfa > Karusel / Siyasət > Qurbanqulu Berdiməhəmmədov Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Qurbanqulu Berdiməhəmmədov Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib


Bu gün, 20:01. Yazar: Admin

Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov, Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov


Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qarabaginfo.az xəbər verir ki, nazir Mikayıl Cabbarov bu barədə “X” hesabında paylaşım edib.

“Azərbaycan və Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak üçün Türkmənistana işgüzar səfərimiz zamanı Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin Sədri cənab Qurbanqulu Berdiməhəmmədovun qəbulunda olduq.
Dövlət başçılarımızın siyasi iradəsi sayəsində Azərbaycan-Türkmənistan münasibətlərinin dostluq və qarşılıqlı etimad əsasında intensiv inkişafını vurğuladıq.
İqtisadi əməkdaşlığın prioritetləri, qarşılıqlı fəaliyyətin şaxələndirilməsi istiqamətində reallaşdırılan genişmiqyaslı layihələr barədə fikirlərimizi bölüşdük”, paylaşımda deyilir.


Geri dön