Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ərdoğan: Türkiyənin müdafiə sənayesinə qoyulan məhdudiyyətlər aradan qaldırılmalıdır
Ana Sayfa > Karusel / Siyasət > Ərdoğan: Türkiyənin müdafiə sənayesinə qoyulan məhdudiyyətlər aradan qaldırılmalıdır

Ərdoğan: Türkiyənin müdafiə sənayesinə qoyulan məhdudiyyətlər aradan qaldırılmalıdır


Dünən, 15:42. Yazar: Admin

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO ölkələrini müdafiə sənayesi sahəsində müttəfiqlər arasında mövcud məhdudiyyətləri aradan qaldırmağa çağırıb.

Qarabaginfo.az xəbər verir ki, bunu Ərdoğan Ankarada keçirilən NATO liderlərinin sammitinin açılışında çıxışı zamanı bildirib.

"Müttəfiqlər arasında müdafiə sahəsində, xüsusilə də müdafiə sənayesində əməkdaşlığa qoyulan məhdudiyyətlər aradan qaldırılmalıdır", - o qeyd edib.

O Ankaranın yalnız Avropa İttifaqı üzvləri üçün nəzərdə tutulan bəzi müdafiə təşəbbüslərinə qoşulmasına imkan yaradılmasının vacibliyini vurğulayıb: "Sağlam düşüncə və məntiqə əsaslanan əməkdaşlıq modelinin mümkün olduğu bir vaxtda, Avropa İttifaqına üzv olmayan müttəfiqlərin kənarda saxlanılması Avropada süni parçalanmalara gətirib çıxaracaq".


Geri dön