Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Siyasət > Kreml: Ukraynanın beynəlxalq enerji infrastrukturuna hücumları təhlükəlidir
Kreml: Ukraynanın beynəlxalq enerji infrastrukturuna hücumları təhlükəlidirDünən, 15:29. Yazar: Admin |
|
Rusiya Kiyev rejiminin qlobal enerji infrastrukturuna hücumlarını minimuma endirmək üçün maksimum tədbirlər görür. Qarabaginfo.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanın "Mavi Axın" qaz kəməri infrastrukturuna dron hücumlarını şərh edərkən belə deyib. Onun sözlərinə görə, Ukrayna ardıcıl olaraq aqressivlik və kritik beynəlxalq enerji infrastrukturuna qarşı terror hücumlarına meyl nümayiş etdirir və Rusiya bunu son dərəcə təhlükəli hesab edir: "Biz, şübhəsiz ki, bu hücumlardan qaynaqlanan təhlükəni minimuma endirmək üçün maksimum tədbirlər görürük". Kreml rəsmisi Ukraynanın Qara və Azov dənizində tankerlərə hücumu barədə də danışıb. O, tankerlərə dron zərbələrini Kiyevin beynəlxalq enerji infrastrukturunda terror aktlarının növbəti təzahürü adlandırıb. Geri dön |