Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > ABŞ müharibə naziri İsrailə planlaşdırılan səfərini ləğv edib
Ana Sayfa > Karusel / Dünya > ABŞ müharibə naziri İsrailə planlaşdırılan səfərini ləğv edib

ABŞ müharibə naziri İsrailə planlaşdırılan səfərini ləğv edib


8-07-2026, 13:12. Yazar: Admin

ABŞ-ın müharibə naziri Pit Heqset

 

ABŞ-ın müharibə naziri Pit Heqset əvvəlcədən planlaşdırılan İsrail səfərini ləğv edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Ynetnews" məlumat yayıb.

Məlumata görə, Heqset hazırda ABŞ Prezidenti Donald Trump ilə birlikdə Türkiyədə keçirilən NATO sammitində iştirak edir.

Bildirilib ki, ilkin proqramda ABŞ müdafiə nazirinin İsrailin Baş naziri Benyamin Netanyahu və ölkənin müdafiə naziri İsrael Kats ilə görüşü nəzərdə tutulurdu.

Səfərin ləğv edilməsinin səbəbi barədə hələlik rəsmi açıqlama verilməyib.

 

 


Geri dön