ABŞ-ın Buşeyhrə hücumunda iki hərbi obyekt hədəfə alınıb.
“Fars”ın xəbərinə görə, bu barədə Buşehr vilayətinin təhlükəsizlik məsələləri üzrə müavini məlumat verib.
Onun sözlərinə görə, hücuma məruz qalan obyektlərdən biri Dəşti rayonunda, digəri isə Çoğadək şəhəri yaxınlığında yerləşir.
Hələlik, bu hücumlarda insan tələfatının olduğu barədə məlumat yoxdur.