Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Pakistan sahillərində yük daşıyan "Boeing 737" ilə əlaqə kəsilib
Ana Sayfa > Karusel / Dünya > Pakistan sahillərində yük daşıyan "Boeing 737" ilə əlaqə kəsilib

Pakistan sahillərində yük daşıyan "Boeing 737" ilə əlaqə kəsilib


8-07-2026, 08:20. Yazar: Admin

Pakistan sahillərində yük daşıyan "Boeing 737" ilə əlaqə kəsilib

Pakistan sahillərində K2 Airways aviaşirkətinə məxsus yük daşıyan "Boeing 737" təyyarəsi ilə əlaqə itib.

"Associated Press"in məlumatına görə, təyyarə BƏƏ-nin Şarja şəhərindən Pakistanın Kəraçi şəhərinə yük reysi yerinə yetirirdi.

Ərəb dənizi üzərində olarkən təyyarə sürətlə hündürlük itirib, istiqamətini dəyişib və daha sonra radar ekranlarından itib.

Ekipaj əlaqə kəsilməzdən əvvəl naviqasiya sistemində nasazlıq yarandığını bildirib.

Təyyarənin göyərtəsində beş nəfər olub. Pakistanın Mülki Aviasiya İdarəsi axtarış-xilasetmə əməliyyatına başlayıb.


Geri dön