Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Beynəlxalq Olimpiya Komitəsi Rusiya Olimpiya Komitəsinə tətbiq olunan məhdudiyyətləri ləğv edib
Ana Sayfa > Karusel / İdman > Beynəlxalq Olimpiya Komitəsi Rusiya Olimpiya Komitəsinə tətbiq olunan məhdudiyyətləri ləğv edib

Beynəlxalq Olimpiya Komitəsi Rusiya Olimpiya Komitəsinə tətbiq olunan məhdudiyyətləri ləğv edib


7-07-2026, 20:58. Yazar: Admin

Beynəlxalq Olimpiya Komitəsi Rusiya Olimpiya Komitəsinə tətbiq olunan məhdudiyyətləri ləğv edib

Beynəlxalq Olimpiya Komitəsi Rusiya Olimpiya Komitəsinə tətbiq edilən məhdudiyyətləri götürüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsi məlumat yayıb.

Beynəlxalq Olimpiya Komitəsi İcraiyyə Komitəsinin yaydığı rəsmi məlumata əsasən, qərar Hüquq Məsələləri Komissiyasının apardığı ətraflı təhlildən sonra qəbul edilib.

Bildirilib ki, Rusiya Olimpiya Komitəsinin tərkibində artıq Ukrayna Milli Olimpiya Komitəsinin yurisdiksiyasına aid ərazilərdə fəaliyyət göstərən regional idman təşkilatları yer almır. Bundan əlavə, Rusiya Olimpiya Komitəsi həmin ərazilərdə fəaliyyət göstərməyəcəyini də təsdiqləyib.

Beynəlxalq Olimpiya Komitəsi bununla belə, Rusiya Olimpiya Komitəsinin sözügedən ərazilərlə bağlı fəaliyyətini izləməyə davam edəcəyini və zərurət yaranacağı təqdirdə əlavə tədbirlər görə biləcəyini vurğulayıb.

Qeyd edək ki, Rusiya Olimpiya Komitəsi Ukraynanın işğal olunmuş Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərindəki regional olimpiya şuralarını öz tərkibinə daxil etdiyinə görə BOK tərəfindən 2023-cü ilin oktyabrında üzvlük hüququndan məhrum edilmişdi.

Bundan əvvəl isə Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra rusiyalı idmançılar beynəlxalq yarışlarda əsasən neytral statusda iştirak edə bilirdi.


Geri dön