Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Bakıda yarım milyonluq dələduzluq - Özbək qadın həbs olundu
Ana Sayfa > Karusel / Kriminal > Bakıda yarım milyonluq dələduzluq - Özbək qadın həbs olundu

Bakıda yarım milyonluq dələduzluq - Özbək qadın həbs olundu


7-07-2026, 17:14. Yazar: Admin

bakida-yarim-milyonluq-deleduzluq

Özbəkistan vətəndaşı Güzal Mamatova Bakıda həbs edilib.

Qarabaginfo.az-ın məlumatına görə, özbək xanım yarım milyon manata yaxın dələduzluqda ittiham olunur.

İş materiallarında qeyd edilib ki, G.Mamatova qızıl alveri ilə məşğul olub. Lakin sonradan istiqamətini dəyişib. O, bir neçə nəfərin satış üçün verdiyi qızılları sataraq külli miqdarda pulu ələ keçirib.

Özbək satıcı zərərçəkmişlərin şikayətindən sonra polis əməkdaşları tərəfindən tutulub. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Özbək mütəhim ittihamla razılaşmasa da, yekunda təqsirli bilinsə, 10 ilə kimi həbs edilə bilər.


Geri dön