Ana Sayfa > Karusel / Dünya > Zelenski: Ukrayna NATO-ya məxsusdur

Zelenski: Ukrayna NATO-ya məxsusdur


Bu gün, 16:04. Yazar: Admin

Ukrayna Prezidenti Volodimir Zelenski

 

Ukrayna ilə birlikdə NATO gələcəyin alyansıdır.

Qarabaginfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Ankara sammitində Müdafiə Sənayesi Forumunda etdiyi çıxışı zamanı deyib.

"Ukrayna NATO-ya məxsusdur. Çünki Ukrayna ilə birlikdə NATO gələcəyin alyansıdır", – Ukrayna lideri bildirib.

Eyni zamanda, Zelenski Avropanı ballistik raketlərdən müdafiə sistemlərinin istehsalını sürətləndirməyə çağırıb. Onun sözlərinə görə, Avropanın özünə məxsus effektiv ballistik raketlərdən müdafiə sistemlərinə və raketlərə ehtiyacı var.

"Bu istiqamətdə işlər artıq davam edir. Mən hamınızı və bütün tərəfdaşlarımızı bu məsələyə layiq olduğu diqqəti ayırmağa çağırıram. Bu işi 2030-cu ilə və ya daha sonrakı dövrə saxlamaq olmaz. Avropaya mümkün qədər tez əlçatan qiymətə, kütləvi istehsal olunan ballistik raketlərdən müdafiə sistemləri lazımdır. Əslində, buna elə bu gün ehtiyac var", – Ukrayna Prezidenti vurğulayıb.

Qeyd edək ki, Ağ Ev ABŞ Prezidenti Donald Trampın sabah Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəyini təsdiqləyib.


Geri dön