Ana Sayfa > Karusel / Siyasət > NATO sammitində Azərbaycan niyə yoxdur? - maraqlı detal

NATO sammitində Azərbaycan niyə yoxdur? - maraqlı detal


Bu gün, 15:38. Yazar: Admin

NATO sammitində Azərbaycan niyə yoxdur? - maraqlı detal

 

Sammitdə Alyansın 32 üzv ölkəsinin dövlət və hökumət başçıları iştirak edirlər. Toplantıya tərəfdaş ölkələrin liderləri və yüksək səviyyəli nümayəndələri də qatılıblar. Ukrayna Prezidenti Volodimir Zelenski və Cənubi Koreya Prezidenti Li Ce Myun da sammitdə iştirak etmək üçün Ankaraya gəlib.

Bununla yanaşı, Avstraliya, Yaponiya, Yeni Zelandiya, Bəhreyn, Küveyt, Qətər və Birləşmiş Ərəb Əmirliklərindən də nümayəndə heyətləri zirvə toplantısında təmsil olunur.

Qarabaginfo.az xəbər verir ki, modern.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan bu dəfə NATO-nun Ankara sammitində təmsil olunmur. Mənbələrin bildirdiyinə görə, ölkəmizdən sammitdə iştirak nəzərdə tutulmayıb.

Qeyd edək ki, NATO-nun zirvə toplantılarında Alyansın gündəliyində duran əsas təhlükəsizlik məsələləri, kollektiv müdafiənin gücləndirilməsi, regional və qlobal təhlükəsizlik çağırışları, eləcə də tərəfdaş ölkələrlə əməkdaşlıq perspektivləri müzakirə olunur.


Geri dön