Ana Sayfa > Karusel / Dünya > Venesuelada zəlzələ qurbanlarının sayı 3535-ə çatıb

Venesuelada zəlzələ qurbanlarının sayı 3535-ə çatıb


Bu gün, 08:00. Yazar: Admin

Venesuelada zəlzələ qurbanlarının sayı 3535-ə çatıb

Venesuelada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3535-ə çatıb, 16740 nəfər yaralanıb, təxminən 18000 nəfər evsiz qalıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Venesuela hökumətinin yaydığı son məlumatlarda deyilir.

Milli Assambleyanın sədri Xorxe Rodrigezin “Telegram” kanalında verdiyi açıqlamaya görə, axtarış-xilasetmə əməliyyatları nəticəsində 6462 nəfər xilas edilib.

Məlumata görə təbii fəlakət 856 binaya ziyan vurub və onlardan 190-ı tamamilə dağılıb.


Geri dön