Ana Sayfa > Karusel / Dünya > Oman sahillərində daha bir tanker hücuma məruz qalıb

Oman sahillərində daha bir tanker hücuma məruz qalıb


Bu gün, 07:55. Yazar: Admin

Oman sahillərində daha bir tanker hücuma məruz qalıb

Oman sahillərindən 8 km şərqdə daha bir tanker naməlum mərmi ilə vurulub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.

Mərkəzin məlumatına görə, hücum zamanı heyət arasında xəsarət alan olmayıb.

"UKMTO Omanın Limah şəhərindən 8 km şərqdə baş verən hadisə barədə məlumat alıb. Cənuba doğru üzən tankerin liman tərəfində naməlum mərmi ilə vurulduğu və yanğına səbəb olduğu bildirilir. Heyət üzvləri arasında xəsarət alan olmayıb", - məlumatda bildirilir.


Geri dön