Ana Sayfa > Karusel / Dünya > Polşa 2022-ci ildən bəri Ukraynaya 4,5 milyard dollar dəyərində silah göndərib

Polşa 2022-ci ildən bəri Ukraynaya 4,5 milyard dollar dəyərində silah göndərib


Bu gün, 07:54. Yazar: Admin

Polşa 2022-ci ildən bəri Ukraynaya 4,5 milyard dollar dəyərində silah göndərib

2022-ci ilin fevral ayından bəri Polşa Kiyevə 16,4 milyard zlotı (təxminən 4,5 milyard dollar) dəyərində silah və hərbi texnika verib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış jurnalistlərə açıqlaması zamanı danışıb.

Onun məlumatına görə hərbi yardımın böyük hissəsi olan 14,9 milyard zlotı (4,1 milyard dollar) dəyərində yardım 2022-2023-cü illərdə Qanun və Ədalət Partiyasının hakimiyyəti dövründə Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib.

Hazırkı Polşa hökuməti isə Ukraynaya 1,5 milyard zlotı (0,4 milyard dollar) hərbi yardım göndərib.


Geri dön