Ana Sayfa > Karusel / Manşet / Siyasət > Ərdoğan NATO Baş katibi ilə görüşüb

Ərdoğan NATO Baş katibi ilə görüşüb


Bu gün, 19:59. Yazar: Admin

NATO-nun Baş katibi Mark Rutte, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark Rutte ilə görüşüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Görüş Ankarada NATO liderlərinin sammiti ərəfəsində keçirilib.

Qeyd edək ki, Mark Rutte bu gün Ankarada mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən Türkiyənin NATO-da lider rolunu gücləndirdiyini deyib. Rutte Türkiyənin müdafiə sənayesində əldə etdiyi nailiyyətlərə diqqət çəkib. O bildirib ki, Türkiyə son illərdə bu sahədə sürətli inkişaf yolu keçib və hazırda təxminən 3 min şirkət NATO qüvvələrinin ehtiyac duyduğu hərbi texnika və avadanlıqlar istehsal edir.


Geri dön