Ana Sayfa > Karusel / Dünya > Tramp: İranla müharibənin xərcləri dəfələrlə ödənilib

Tramp: İranla müharibənin xərcləri dəfələrlə ödənilib


Bu gün, 19:57. Yazar: Admin

ABŞ Prezidenti Donald Tramp

 

Biz çox yaxşı vəziyyətdəyik. Müharibənin xərcləri dəfələrlə ödənilib.

Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə brifinqdə deyib.

“İrana gəlincə, orada da vəziyyətimiz eyni dərəcədə yaxşıdır. Sadəcə, buna layiq olduğumuz qədər media diqqəti göstərilmir. Biz onların hərbi potensialını faktiki olaraq darmadağın etmişik. Nəticə etibarilə, ölkəmiz güclüdür. Dünyanın ən güclü ordusuna sahibik”, – ABŞ Prezidenti bildirib.


Geri dön