“Qəbələ” hücum xəttini yeni futbolçu ilə gücləndirib.
Qarabaginfo.az-ın məlumata görə, klub Karim Rossini heyətinə qatıb.
Tərəflər müqavilənin şərtlərini razılaşdırıblar.
Sözləşmənin yaxın günlərdə imzalanması gözlənilir.
Qeyd edək ki, Rossi ötən mövsümü “Şamaxı”da keçirib.