Ana Sayfa > Karusel / Kriminal > Sabiq rəis cərimələnsə də - İşçisi həbs olundu

Sabiq rəis cərimələnsə də - İşçisi həbs olundu


Bu gün, 17:25. Yazar: Admin

sabiq-reis-cerimelense-de

Auditorlar Palatasının mənimsəmədə ittiham olunan əməkdaşlarının iki ildən çoxdur davam edən məhkəmə araşdırması başa çatıb.

Qarabaginfo.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Bu iş üzrə Auditorlar Palatasının Maliyyə və texniki təminat idarəsinin sabiq rəisi, baş mühasib Vəli Rəhimov, Maliyyə təminatı və xarici əlaqələr idarəsinin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Palatanın digər mühasibi Fəridə Novruzova mühakimə edilirdi.

Onlar üçü də xüsusilə külli miqdarda mənimsəmədə təqsirli bilinib, yalnız Gövhər Əhmədova məhkəmə zalında həbs edilib. O, 5 il azadlıqdan məhrum olunub. Vəli Rəhimova 2 min manat cərimə cəzası kəsilib. F.Novruzova isə hazırda hamilədir. Bu səbəbdən ona 3 il azadlıqdan məhrumetmə cəzası təyin edilsə də, doğulacaq övladı 14 yaşına çatana kimi hökmün icrası  təxirə salınıb.

 

Qeyd edək ki, təqsirləndirilən şəxslər 700 min manat mənimsəmədə ittiham olunurdular. Prokuror üçünə də 10 il həbs tələb etmişdi.


Geri dön