Ana Sayfa > Karusel / Region / İqtisadiyyat > Azərbaycandan tranzit keçməklə Ermənistana 30 vaqon propan qazı göndərilib 

Azərbaycandan tranzit keçməklə Ermənistana 30 vaqon propan qazı göndərilib 


Bu gün, 16:24. Yazar: Admin

Azərbaycandan tranzit keçməklə Ermənistana 30 vaqon propan qazı göndərilib - YENİLƏNİB - FOTO

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

Qarabaginfo.az xəbər verir ki, 30 vaqondan ibarət, çəkisi 1026 ton olan propan bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 36 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit yola salınıb.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.


Geri dön