Rusiya öz ərazisinə genişmiqyaslı hücum cəhdlərinə Ukrayna ərazisinə endirilən zərbələrin sayını və şiddətini artırmaqla cavab verəcək.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Kiyevin Ankarada keçiriləcək NATO sammitindən əvvəl Rusiya infrastrukturuna genişmiqyaslı hücum etmək cəhdi ilə bağlı şərhində bildirilib.
Qeyd olunub ki, Kiyev 6 iyul gecəsi Rusiya ərazisinə 625 dronla hücum edib və dronlarlan 613-ü vurulub.
"Hücumun məqsədi Zelenskinin NATO sammitindən əvvəl sponsorlarına Rusiya Federasiyasındakı mülki hədəfləri Ukrayna ərazisindən onların pullarından istifadə edərək vurmağa hazır olduğunu nümayiş etdirmək istəyi olub. Kiyevin əsas səyləri Leninqrad, Yaroslavl və Kaluqa vilayətlərində və Krımda yanacaq-enerji infrastrukturuna və logistikasına zərər vurmağa yönəlib. Rusiya hərbçiləri NATO sammiti zamanı Zelenskinin planlaşdırdığı genişmiqyaslı hücumun qarşısını alıb və Ukrayna dronlarının böyük əksəriyyətini vurub. Buna cavab olaraq Rusiya ordusu Kiyev şəhəri və Kiyev vilayətindəki hərbi-sənaye kompleksinə və yanacaq-enerji obyektlərinə genişmiqyaslı hücum həyata keçirib", - Rusiya MN-nin açıqlamasında bildirilib.