Rusiyanın hakim "Vahid Rusiya" partiyası Çeçenistan rəhbəri vəzifəsinə Ramzan Kadırovun namizədliyini irəli sürüb.
Qarabaginfo.az xəbər verir ki, qərar partiyanın Qroznıda keçirilən regional bölməsinin konfransında yekdilliklə qəbul edilib.
Qeyd edək ki, Ramzan Kadırov 2011-ci ildən Çeçenistanın rəhbəri vəzifəsini tutur. Ona qədər, 2007-2011-ci illərdə respublikanın prezidenti, 2005-2006-ci ilıərdə isə baş naziri vəzifələrini tutub.