Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Birgə maliyyələşmə proqramı üzrə 5800-dək şəxs işlə təmin edilib
Ana Sayfa > Karusel / İqtisadiyyat > Birgə maliyyələşmə proqramı üzrə 5800-dək şəxs işlə təmin edilib

Birgə maliyyələşmə proqramı üzrə 5800-dək şəxs işlə təmin edilib


6-07-2026, 14:55. Yazar: Admin

Birgə maliyyələşmə proqramı üzrə 5800-dək şəxs işlə təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə bu il daha 1001 şəxsin işlə təminatı həyata keçirilib.

ƏƏSMN-dən Qarabaginfo.az-a verilən məlumata görə, onların məşğulluğu üçün 190 işəgötürənlə əməkdaşlıq müqaviləsi imzalanıb.

Bildirilib ki, 2020-ci ildə icrasına başlanan bu proqram üzrə ötən dövrdə ümumilikdə 5800-dək şəxs iş yeri əldə edib.

Qeyd edilib ki, “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı çərçivəsində məşğulluğu təmin olunan şəxslərin 1 il ərzində əməkhaqlarının bir hissəsini Dövlət Məşğulluq Agentliyi ödəyir.


Geri dön