“Çıraq” Uşaq və Yeniyetmələrə Dəstək ictimai birliyi 1 may tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əqli gerilik və davranış pozuntularından əziyyət çəkən uşaqlara psixoloji dəstəyin göstərilməsi” adlı layihənin icrasına başlamışdı.
Keçirilən təlim zamanı layihədə iştirak edən 15 uşaqla özünəinamın formalaşdırılması və fəaliyyət motivasiyasının artırılmasına yönəlmiş korreksiyaedici və inkişafetdirici məşğələlər təşkil olunub. Təlimin əsas məqsədi uşaqlarda öz bacarıqlarına inam hissinin gücləndirilməsi, müstəqil fəaliyyətə təşviq edilməsi, yeni tapşırıqlara qarşı marağın artırılması, uğur hissinin yaşadılması və fəaliyyət zamanı daxili motivasiyanın formalaşdırılması olub.
Məşğələlər zamanı uşaqların yaş və inkişaf səviyyələrinə uyğun müxtəlif metodika, motivasiyaedici fəaliyyətlər, oyun elementləri və praktik tapşırıqlardan istifadə edilib. Məşğələ çərçivəsində uşaqların müstəqil qərar verməsi, tapşırıqları öz gücü ilə yerinə yetirməsi, nailiyyətlərinin fərqinə varması, seçim etməsi və uğurlu nəticəyə görə müsbət geribildirim almasına yönəlmiş çalışmalar həyata keçirilib.
İstifadə olunan metodikalar uşaqlarda:
– özünəinam hissinin formalaşması,
– daxili motivasiyanın artması,
– müstəqil fəaliyyət bacarığı,
– təşəbbüskarlıq,
– qərarvermə,
– fəaliyyətə maraq göstərmə,
– uğur hissinin yaşanması,
– çətinlik qarşısında davamlılıq göstərmə,
– özünüifadə və sosial fəallığın inkişaf etdirilməsinə yönəlib.



