Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Stoltenberq: Almaniya hərbi gücə çevrilmək yolundadır
Ana Sayfa > Karusel / İqtisadiyyat > Stoltenberq: Almaniya hərbi gücə çevrilmək yolundadır

Stoltenberq: Almaniya hərbi gücə çevrilmək yolundadır


6-07-2026, 08:44. Yazar: Admin

Stoltenberq: Almaniya hərbi gücə çevrilmək yolundadır

NATO-nun keçmiş baş katibi Yens Stoltenberq Almaniyanın mühüm hərbi gücə çevrilmək yolunda olduğunu bildirib.

Bu barədə o, "Der Spiegel" jurnalına müsahibəsində deyib.

"Bu, düzgün istiqamətdir və mən bunu alqışlayıram", – deyə Stoltenberq Almaniyanın NATO-da yeni rol qazanacağı ilə bağlı fikirlərə münasibət bildirərkən qeyd edib.

O xatırladıb ki, vaxtilə Almaniya müdafiə xərclərinə görə ABŞ, Böyük Britaniya və Fransadan sonra dördüncü yerdə idi.

"Bu vəziyyət köklü şəkildə dəyişib. Almaniya mühüm hərbi gücə çevrilmək yolundadır", – deyə Stoltenberq vurğulayıb.

Onun sözlərinə görə, bu transformasiyada Almaniyanın müdafiə naziri Boris Pistoriusun da mühüm rolu olub.

 


Geri dön