Ana Sayfa > Karusel / Dünya > Fransada meşə yanğınlarına görə 10 min nəfər təxliyə edilir

Fransada meşə yanğınlarına görə 10 min nəfər təxliyə edilir


Bu gün, 08:18. Yazar: Admin

Fransada meşə yanğınlarına görə 10 min nəfər təxliyə edilir

Fransanın cənub-qərbində yerləşən Şərqi Pireney departamentində genişmiqyaslı meşə yanğınları səbəbindən 10 min nəfərin təxliyəsinə başlanılıb.

Bu barədə BFMTV telekanalı məlumat yayıb.

Məlumata görə, təxminən 5,5 min nəfərin yaşadığı İl-sür-Tet kommunasında tam təxliyə elan olunub. Sakinlər təhlükəsizlik məqsədilə Perpinyan şəhərinin Mulen-a-Van rayonuna yerləşdiriləcəklər.

Bundan başqa, Aspr bölgəsində və ətraf ərazilərdə yerləşən 19 kommunadan, eləcə də bir sıra düşərgələrdən daha 5 min nəfər təxliyə olunub.


Geri dön