Sabah Yekaterinburqda Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Rusiyanın Baş naziri Mixail Mişustinin görüşü keçiriləcək.
Qarabaginfo.azxəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, iyulun 6-da hər iki ölkənin hökumət başçıları Rusiyanın Sverdlovsk vilayətinin paytaxtında keçiriləcək XVI Beynəlxalq Sənaye Sərgisi – “İnnoprom”da iştirak edəcəklər.
Bu, Ermənistanda keçirilmiş parlament seçkilərindən sonra Nikol Paşinyanın Rusiyaya ilk səfəri olacaq.