Ana Sayfa > Karusel / Dünya > Ukrayna Belqoroda PUA zərbəsi endirib, Qrayvoron dairəsinin rəhbəri ağır yaralanıb

Ukrayna Belqoroda PUA zərbəsi endirib, Qrayvoron dairəsinin rəhbəri ağır yaralanıb


Bu gün, 15:43. Yazar: Admin

Dmitri Pankov

 

Rusiyanın Belqorod vilayətinin Qrayvoron dairəsinin rəhbəri Dmitri Pankov Qolovçino kəndində Ukraynaya məxsus pilotsuz uçuş aparatının (PUA) partlaması nəticəsində yaralanıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə vilayətin operativ qərargahı məlumat yayıb.

Qeyd edilib ki, Dmitri Pankov bud nahiyəsindən qəlpə yarası alıb. Təcili tibbi yardım briqadası onu vilayət klinik xəstəxanasına çatdırıb.

Dmitri Pankovun vəziyyəti orta ağır qiymətləndirilir.


Geri dön