ABŞ-ın paytaxtı Vaşinqtonda Müstəqillik Günü münasibətilə keçirilən açıq hava tədbirlərinin iştirakçıları yaxınlaşan güclü fırtına səbəbilə təxliyə olunaraq yaxınlıqdakı binalara sığınmağa çağırılıb.
Qarabaginfo.az xəbər verir ki, məlumata görə, şəhər üzərində qara buludlar toplanıb, ildırım çaxır və güclü külək əsir.
Təşkilatçılar təhlükə aradan qalxdıqdan sonra tədbirin davam etdiriləcəyi barədə əlavə məlumat veriləcəyini bildiriblər.
Ağ Evin planına əsasən, axşam saatlarında ABŞ Prezidenti Donald Trampın çıxışı və bayram atəşfəşanlığı nəzərdə tutulub.