Ana Sayfa > Karusel / Dünya > İsrailin milli təhlükəsizlik naziri həbs olunmaq qorxusu ilə Nyu-York səfərini ləğv edib

İsrailin milli təhlükəsizlik naziri həbs olunmaq qorxusu ilə Nyu-York səfərini ləğv edib


Bu gün, 08:34. Yazar: Admin

İsrailin milli təhlükəsizlik naziri həbs olunmaq qorxusu ilə Nyu-York səfərini ləğv edib

İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben Qvir fələstinlilərə qarşı bilinən siyasəti ilə bağlı saxlanılacağı ehtimalından ehtiyat edərək bu həftə ABŞ-ın Nyu-York şəhərinə planlaşdırdığı səfəri ləğv edib.

Qarabaginfo.az xəbər verir ki, İsrailin "Haaretz" qəzetinin məlumatına görə, nazir BMT-nin Polis Rəisləri Sammitində iştirak etməli idi.

Lakin insan hüquqları təşkilatlarının etiraz aksiyalarına hazırlaşması və onun barəsində hüquqi tədbirlərin görülməsi tələblərinin artması səbəbilə səfərdən imtina edib.

Ben Qvirin ofisi isə səfərin ləğvi ilə bağlı rəsmi açıqlama verməyib.


Geri dön