Ana Sayfa > Karusel / Dünya > Uitkoff və Kuşner avqustun sonuna qədər Rusiyaya səfər edə bilər

Uitkoff və Kuşner avqustun sonuna qədər Rusiyaya səfər edə bilər


Bu gün, 21:17. Yazar: Admin

Uitkoff və Kuşner avqustun sonuna qədər Rusiyaya səfər edə bilər

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner avqustun sonuna qədər Rusiyaya səfər edə bilərlər, lakin səfərlə bağlı konkret tarix müəyyən edilməyib.

Bu barədə mənbələrə istinadən TASS agentliyi məlumat yayıb.

Qeyd edək ki, bir müddət əvvəl “The New York Times“ (NYT) mənbələrə istinadən Uitkoff və Kuşnerin münaqişənin həlli məsələləri ilə bağlı Rusiya və Ukrayna rəsmiləri ilə gündəlik əlaqə saxladıqları barədə məlumat yaymışdı.


Geri dön