Ana Sayfa > Karusel / Hadisə > Ağdamda batan ata və iki övladının meyiti sudan çıxarılıb 

Ağdamda batan ata və iki övladının meyiti sudan çıxarılıb 


Bu gün, 18:50. Yazar: Admin

Ağdamda batan ata və iki övladının meyiti sudan çıxarılıb - YENİLƏNİB-2

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Ağdam rayonu ərazisində Xaçınçay su anbarında 3 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə Qarabaginfo.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Axtarışlar nəticəsində dalğıclar tərəfindən 1985-ci il təvəllüdlü İsgəndərov Şərif Şəmsəddin oğlunun, 2008-ci il təvəllüdlü İsgəndərov Tunar Şərif oğlunun və 2009-cu il təvəllüdlü İsgəndərova Fidan Şərif qızının meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 


Geri dön