2019-cu ildə baş vermiş yanğından sonra bərpa olunan və 2024-cü ildə yenidən açılan Notr-Dam kilsəsində bərpa işləri 2033-cü ilə qədər davam edəcək.
Bu barədə "France Info" məlumat yayıb.
Məlumata görə, yanğından əvvəl binanın texniki vəziyyəti qənaətbəxş olmadığından onun dünya şöhrətinə layiq vəziyyətə gətirilməsi və uzunömürlülüyünün təmin edilməsi üçün əlavə işlərə ehtiyac var.
Bərpa işlərinin dəyəri 150 milyon avro qiymətləndirilir. Bunun 130 milyon avrosunun isə hələ toplanması nəzərdə tutulur.
İlk mərhələdə XIX əsrdən bəri əsaslı şəkildə bərpa olunmayan məşhur qızılgül formalı vitrajın restavrasiyası həyata keçiriləcək.
Bu işlərin 2027–2029-cu illərdə aparılması planlaşdırılır.