Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Hikmət Hacıyev amerikalı iqtisadçı- professor Ceffri Saksla görüşüb
Ana Sayfa > Karusel / Siyasət > Hikmət Hacıyev amerikalı iqtisadçı- professor Ceffri Saksla görüşüb

Hikmət Hacıyev amerikalı iqtisadçı- professor Ceffri Saksla görüşüb


3-07-2026, 16:24. Yazar: Admin

 

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda amerikalı iqtisadçı, professor Ceffri Saksla görüşüb.

Bu barədə Hikmət Hacıyev “X” hesabında bildirib.

Hikmət Hacıyev Ceffri Saksla Azərbaycanın regional geosiyasət oynadığı mühüm rol barədə fikir mübadiləsi aparıb.

“Davamlı inkişaf, geosiyasət və geoiqtisadiyyat, həmçinin daha geniş Xəzər regionu konsepsiyası, Azərbaycanın “orta güc” kimi artan rolu, sülh gündəliyimiz və regional məsələlərdə təşəbbüsün region ölkələrinin öz əlində olmasının əhəmiyyəti barədə fikir mübadiləsi apardıq. Onun elektrik avtomobilləri ilə Şərq–Qərb marşrutu boyunca həyata keçirilən “Marco Polo – Drive of Peace” təşəbbüsü dialoqun və əlaqəliliyin təşviqi baxımından ilhamverici bir nümunədir”, – Hikmət Hacıyev qeyd edib.


Geri dön