Ana Sayfa > Karusel / Dünya > KİV: Heqset ABŞ-ın Avropadakı qoşunlarının sayını azaltmağı planlaşdırıb, Rubio mane olub

KİV: Heqset ABŞ-ın Avropadakı qoşunlarının sayını azaltmağı planlaşdırıb, Rubio mane olub


Bu gün, 16:18. Yazar: Admin

KİV: Heqset ABŞ-ın Avropadakı qoşunlarının sayını azaltmağı planlaşdırıb, Rubio mane olub

ABŞ-ın müharibə naziri Pit Heqset ötən ay Brüsseldə NATO-nun hərbi rəhbərliyi ilə görüşməyi və ABŞ-ın Avropada hərbi qüvvələrinin sayını azaldacağını elan etməyi planlaşdırıb.

Bu barədə “The Wall Street Journal”da yayımlanan yazıda bildirilib.

Yazıda qeyd olunub ki, Heqsetin Avropada ABŞ qoşunlarının sayını azaltmaq planına ABŞ dövlət katibi Marko Rubio və Tramp administrasiyasının digər rəsmiləri mane olub.

Heqset bundan sonra ABŞ-ın regionda hərbi qüvvələrinin vəziyyətinin nəzərdən keçiriləcəyini deməklə kifayətlənib.


Geri dön