Ana Sayfa > Karusel / Dünya > Rusiya NATO ölkəsinə hücuma hazırlaşır - XƏBƏRDARLIQ

Rusiya NATO ölkəsinə hücuma hazırlaşır - XƏBƏRDARLIQ


Bu gün, 14:11. Yazar: Admin

Rusiya NATO ölkəsinə hücuma hazırlaşır - XƏBƏRDARLIQ

 

ABŞ yaxın aylarda Polşaya qarşı mümkün Rusiya hibrid əməliyyatı ilə bağlı Varşavanı xəbərdar edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə The Telegraph qəzeti Polşa mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, mümkün ssenarilər arasında kritik infrastruktur obyektlərinə dron hücumları, hava zərbələrinin imitasiyası, həmçinin Rusiya və ya Belarus hərbçilərinin "GPS xətası" və ya "xilasetmə əməliyyatı" adı altında Polşa ərazisinə məhdud şəkildə daxil olması yer alır.

Mənbələrin iddiasına əsasən, bu cür addımların məqsədi NATO-nun reaksiyasını yoxlamaq, Qərbi Ukraynaya dəstəyi azaltmağa məcbur etmək və mümkün diplomatik çıxışı Rusiyanın qələbəsi kimi təqdim etməkdir.

Bu fonda Polşa hazırlıq tədbirlərini gücləndirir. NATO isə sərt cavaba hazır olduğunu bildirir və gərginlik artacağı təqdirdə cavab zərbələrinin hədəflərindən birinin Kalininqrad ola biləcəyini istisna etmir.

Rusiya tərəfi isə belə planlarla bağlı hər hansı rəsmi təsdiq verməyib.


Geri dön