Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > ABŞ İŞİD-ə qarşı əməliyyatdan sonra Nigeriyadan qoşunlarını çıxarıb
Ana Sayfa > Karusel / Siyasət > ABŞ İŞİD-ə qarşı əməliyyatdan sonra Nigeriyadan qoşunlarını çıxarıb

ABŞ İŞİD-ə qarşı əməliyyatdan sonra Nigeriyadan qoşunlarını çıxarıb


3-07-2026, 14:02. Yazar: Admin

ABŞ İŞİD-ə qarşı əməliyyatdan sonra Nigeriyadan qoşunlarını çıxarıb

ABŞ Nigeriyada İŞİD-ə qarşı yerləşdirdiyi qüvvələrin əksəriyyətini geri çəkib.

“Reuters“in xəbərinə görə, bunu ABŞ-ın Afrika Komandanlığının (AFRICOM) rəhbəri Daqvin Anderson deyib.

Onun sözlərinə görə, hazırda ABŞ Nigeriyanın xahişi ilə kəşfiyyat dəstəyi verir.

Anderson ABŞ-ın Nigeriya ilə əməkdaşlığı sayəsində İŞİD-in Afrikadakı mövcudluğunun ciddi şəkildə deqradasiyaya uğradığını vurğulayıb.

Qeyd edək ki, may ayında ABŞ və Nigeriya qüvvələri ölkənin şimal-şərqində hərbi əməliyyatlar keçirib və nəticədə İŞİD-in qlobal miqyasda ikinci komandiri olan Əbu-Bilal əl-Minuki öldürülüb.Toğrul Quluzadə


Geri dön