Ana Sayfa > Karusel / Siyasət > Türkiyə və Azərbaycan elektrik enerjisinin ötürülməsi imkanlarını nəzərdən keçirib

Türkiyə və Azərbaycan elektrik enerjisinin ötürülməsi imkanlarını nəzərdən keçirib


Bu gün, 19:37. Yazar: Admin

Türkiyə və Azərbaycan elektrik enerjisinin ötürülməsi imkanlarını nəzərdən keçirib

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ilə Azərbaycanın energetika naziri Pərviz Şahbazov arasında videokonfrans formatında görüş keçirilib.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Alparslan Bayraktar “X”-də bildirib.

Görüş zamanı iki ölkə arasında elektrik enerjisinin ötürülməsi imkanları, bu sahədə üçüncü ölkələrdə həyata keçirilə biləcək layihələr, eləcə də regional enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edəcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.


Geri dön