Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Paşinyan: Azərbaycan sərhədindən Türkiyəyədək magistral yolun beynəlxalq yükdaşımalar üçün açılması üzrə iş aparılır
Ana Sayfa > Karusel / Region / İnfrastruktur > Paşinyan: Azərbaycan sərhədindən Türkiyəyədək magistral yolun beynəlxalq yükdaşımalar üçün açılması üzrə iş aparılır

Paşinyan: Azərbaycan sərhədindən Türkiyəyədək magistral yolun beynəlxalq yükdaşımalar üçün açılması üzrə iş aparılır


2-07-2026, 18:37. Yazar: Admin

 

Picture background

Ermənistanın şimalında beynəlxalq yükdaşımaları üçün ödənişli avtomobil yollarının açılması imkanı nəzərdən keçirilir.

“Sputnik Armenia” xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

O, Mərkəzi Asiyadan Avropaya ən qısa marşrutun Ermənistandan, xüsusilə də ölkənin şimal bölgələrindən keçdiyini bir daha vurğulayıb.

Paşinyanın sözlərinə görə, hazırda Avropa İttifaqı ilə Azərbaycanın Qazax rayonundan Ermənistanın İcevan, Vanadzor, Gümrü şəhərləri və Axurik (Türkiyə sərhədi) istiqamətində uzanan magistral yolun beynəlxalq yükdaşımalar üçün açılması üzrə iş aparılır.

“Bu layihəni həyata keçirmək çox asandır. Bunun üçün yalnız siyasi razılaşma lazımdır”, – Ermənistan lideri qeyd edib.


Geri dön