ABŞ NATO-nun maliyyələşdirilməsində ən böyük paya malikdir.
Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yazıb.
“ABŞ NATO-ya hamıdan qat-qat çox pul xərcləyir ki, onları qorusun, amma bunun qarşılığında heç bir fayda əldə etmir. 2014-2015-ci illər arası ABŞ 999 milyard dollar, Böyük Britaniya 90,5 milyard dollar, Fransa 66,5 milyard dollar, İtaliya 48,8 milyard dollar, Polşa isə 44,3 milyard dollar xərcləyib. Digər ölkələr, o cümlədən Almaniya isə bundan dəfələrlə az xərcləyib. Bu, ağlasızmazdır”, – Tramp vurğulayıb.