Ana Sayfa > Karusel / Multimedia > Reyestrin aparılması xərclərini İnnovasiyalar Agentliyi ödəyəcək

Reyestrin aparılması xərclərini İnnovasiyalar Agentliyi ödəyəcək


30-01-2021, 14:50. Yazar: Admin

Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejiminə dəyişikliklərə dair qərar qəbul edib 

İnnovativ layihələrin ictimaiyyət üçün açıq reyestrinin aparılması və formalaşdırılması Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyi tərəfindən həyata keçiriləcəck. 

Qarabaginfo.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı “İnnovativ layihələrin ictimaiyyət üçün açıq reyestrinin aparılması və “Startap” pasportunun verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarda əksini tapıb. Qərara əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyi:

- reyestrə daxil edilmiş məlumatların elektron informasiya ehtiyatında ümumi istifadə üçün açıq şəkildə yerləşdirilməsini təmin edir;

layihələrin qeydiyyata alınması və qeydiyyatının ləğv edilməsinin elektron formada təşkili və idarə olunmasını həyata keçirir;

Reyestrdə qeydiyyatdan keçən ərizəçilərə “Startap” pasportu verir;

Reyestrə daxil edilmiş layihələrə dair məlumatların arxivləşdirilməsini və saxlanılmasını təşkil edir;

Reyestrin dayanıqlı, fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin edir.

Reyestrin formalaşdırılması və aparılması ilə bağlı xərclər Reyestrin operatorunun büdcəsi hesabına maliyyələşdirilir.APA


Geri dön