Ana Sayfa > Karusel / Region > Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb

Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb


Dünən, 22:37. Yazar: Admin

Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb

Türkiyənin şimal-şərqində yerləşən Trabzon vilayətində 5 kiloqram partlayıcı ilə təchiz olunmuş Ukraynaya məxsus pilotsuz uçuş aparatı (PUA) aşkar edilib.

Bu barədə IHA agentliyi məlumat yayıb.

Məlumata görə, Ukrayna Silahlı Qüvvələrinə məxsus PUA Vakfıkebir rayonunda ağaca çırpılıb.

Hadisə yerinə cəlb olunan mütəxəssislər dronu müayinə ediblər.

"PUA-nın 5 kiloqram partlayıcı ilə təchiz olunduğu müəyyən edilib", - məlumatda bildirilib.


Geri dön