Ana Sayfa > Karusel / Siyasət > Samir Şərifov: Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Azərbaycan-ABŞ münasibətlərinin inkişafında tarixi mərhələdir

Samir Şərifov: Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Azərbaycan-ABŞ münasibətlərinin inkişafında tarixi mərhələdir


Dünən, 22:33. Yazar: Admin

 

Picture background

“Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Azərbaycan-ABŞ münasibətlərinin inkişafında tarixi mərhələ kimi yüksək qiymətləndirilir, iqtisadi əməkdaşlığın institusional mexanizmlərinin daha da möhkəmləndirilməsinə xidmət edir”.

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov ABŞ-ın müstəqilliyinin elan olunmasının 250 illik yubileyinin qeyd olunması münasibətilə keçirilən mərasimdəki çıxışında deyib.

“Amerika Birləşmiş Ştatları ilə 34 il əvvəl diplomatik münasibətlər qurmuş Azərbaycan Respublikası iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın, habelə qarşılıqlı maraq doğuran digər sahələrdə münasibətlərin inkişafına daim xüsusi önəm verib. Terrorçuluğa qarşı qlobal koalisiyaya Azərbaycanın qoşulması, qlobal enerji təhlükəsizliyinin təmin edilməsinə Azərbaycanın ABŞ ilə birlikdə verdiyi töhfələr bunun bariz nümunəsidir”, - Samir Şərifov vurğulayıb.

Baş nazirin müavini qeyd edib ki, bu gün Azərbaycan-ABŞ münasibətləri yüksək dinamizmlə inkişaf edir və ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin avqust ayında baş tutmuş ABŞ səfəri Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcını qoyub.

“Bu səfər çərçivəsində ABŞ Prezidenti cənab Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması, Zəngəzur dəhlizinin açılmasını və fəaliyyətini təmin edən Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunun yaradılması regionda davamlı sülh və əməkdaşlıq üçün yeni imkanlar yaradıb.

İkitərəfli münasibətlərdə formalaşmış müsbət dinamikanın davamı olaraq Azərbaycan və ABŞ liderlərinin sonrakı görüşləri, ABŞ-ın Vitse-prezidenti cənab Vensin cari ilin fevral ayında Azərbaycana səfəri ölkələrimiz arasında yüksək səviyyəli dialoqun intensivliyini bir daha nümayiş etdirir”.


Geri dön