Ana Sayfa > Karusel / Siyasət > Prezident İlham Əliyev: Azərbaycan Avropa İttifaqının Cənubi Qafqaz regionunda əsas ticarət tərəfdaşıdır

Prezident İlham Əliyev: Azərbaycan Avropa İttifaqının Cənubi Qafqaz regionunda əsas ticarət tərəfdaşıdır


Dünən, 22:11. Yazar: Admin

Prezident İlham Əliyev

 

“Azərbaycan Avropa İttifaqının Cənubi Qafqaz regionunda əsas ticarət tərəfdaşıdır”.

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenlə mətbuata bəyanatında bildirib.

Dövlət başçısı qeyd edib ki, əməkdaşlığın daha da gücləndirilməsi və hər iki tərəfin onu yeni mərhələyə yüksəltməsi üçün geniş imkanlar mövcuddur.

“Biz Avropa Komissiyası ilə münasibətlərimizə yüksək dəyər veririk. Bu gün Avropa Komissiyasının Prezidenti və nümayəndə heyətləri ilə çox geniş və olduqca əhatəli gündəliyi müzakirə etdik. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Xarici ticarət dövriyyəmizin 40 faizdən çoxu Avropa İttifaqının payına düşür. Eyni zamanda, Azərbaycan da Avropa İttifaqının Cənubi Qafqaz regionunda əsas ticarət tərəfdaşıdır”, - deyə Prezident İlham Əliyev qeyd edib.


Geri dön