Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan Prezidenti: Bu gün qaz ixracımızın yarısı Avropa İttifaqına üzv dövlətlərin payına düşür

Azərbaycan Prezidenti: Bu gün qaz ixracımızın yarısı Avropa İttifaqına üzv dövlətlərin payına düşür


Dünən, 22:08. Yazar: Admin

Prezident İlham Əliyev, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen

 

"Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amillərindən biridir".

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenlə mətbuata bəyanatında bildirib.

“Dörd il əvvəl Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri də bu baxımdan çox mühüm əhəmiyyət daşıyırdı. Həmin səfər çərçivəsində enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzaladıq. O vaxtdan etibarən Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərə təbii qaz ixracı təxminən 65 faiz artıb. Hazırda qaz ixracımızın yarısı Avropa İttifaqına üzv dövlətlərin payına düşür. Ümumilikdə, Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan təbii qaz alır və bu coğrafiyanın daha da genişləndirilməsi üçün potensial mövcuddur.

Bu gün hər bir ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amillərindən biridir. Azərbaycan neft və qazının nəqli üçün infrastrukturun yaradılmasına siyasi səylər, diplomatik fəaliyyət və maliyyə investisiyaları baxımından böyük töhfələr verib. Cənub Qaz Dəhlizi birgə fəaliyyətimizin parlaq nümunəsidir. Uzunluğu 3 500 kilometr olan inteqrasiya edilmiş boru kəmərləri sistemi bu gün Azərbaycanın təbii qazının Avropaya nəql edilməsində əsas magistral rolunu oynayır”, - Prezident İlham Əliyev qeyd edib.


Geri dön