Ana Sayfa > Karusel / Region > Ermənistan Konstitusiya Məhkəməsi seçki iddiaları üzrə qərarı iyulun 4-də açıqlayacaq

Ermənistan Konstitusiya Məhkəməsi seçki iddiaları üzrə qərarı iyulun 4-də açıqlayacaq


Dünən, 22:00. Yazar: Admin

Ermənistan Konstitusiya Məhkəməsi seçki iddiaları üzrə qərarı iyulun 4-də açıqlayacaq

Ermənistan Konstitusiya Məhkəməsi müxalifətin parlament seçkilərinin nəticələrinə etirazla bağlı təqdim etdiyi iddialara baxışı başa çatdırıb.

“Sputnik Armenia”nın xəbərinə görə, Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan bildirib ki, qərar iyulun 4-də günün sonunadək elan ediləcək.

Onun sözlərinə görə, məhkəmə qərarın elan olunacağı vaxt barədə prosesdə iştirak edən bütün tərəfləri vaxtında məlumatlandırmağa çalışacaq ki, onlar Konstitusiya Məhkəməsinə gələrək qərarın elanında iştirak edə bilsinlər.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi işin baxışına iyunun 26-da başlayıb.


Geri dön