Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən getdi
Ana Sayfa > Karusel / Gündəm > TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən getdi

TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən getdi


Dünən, 17:44. Yazar: Admin

TƏBİB-də İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu vəzifəsindən getdiyini bildirib.
Qarabaginfo.az-ın məlumatına görə, o bu barədə açıqlamasında bəyan edib.
“Bu gündən etibarən öz təşəbbüsümlə TƏBİB-dəki işimdən ayrılıram. 5 ildən artıqdır ki, tibb sahəsində PR rəhbəri kimi çalışırdım. 2021-ci ildən Kliniki Tibbi Mərkəzdə İctimaiyyətlə əlaqələr bölməsinin müdiri, 2022-ci ildən Bakı Baş Səhiyyə Mərkəzində (BBSM) İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri və 2023-cü ilin dekabr ayından isə TƏBİB-də İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi fəaliyyət göstərirdim. Ölkənin ən böyük dövlət xəstəxanalarının birində işləməklə xəstəxana sistemini, BBSM-də işləməklə poliklinika, yəni ilkin səhiyyə xidmətini yaxından öyrəndim. TƏBİB aparatında işləmək isə mənə səhiyyənin idarə olunması sahəsində təcrübə qazandırdı.
Bu müddətdə heç vaxt unutmadığım bir məqamı xüsusi vurğulamaq istərdim. Harada olmağımdan asılı olmayaraq, hər zaman media ilə yaxşı münasibət qurmağa, onlar üçün əlçatan mətbuat xidməti olmağa və PR sahəsində fərqlənməyə çalışdım” -deyə o vurğulayıb.

Geri dön