Ana Sayfa > Karusel / Siyasət > Nazir: Azərbaycan QDTİB ilə əməkdaşlığı genişləndirmək niyyətindədir
Nazir: Azərbaycan QDTİB ilə əməkdaşlığı genişləndirmək niyyətindədirBu gün, 11:30. Yazar: Admin |
|
Azərbaycan Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) ilə əməkdaşlığı genişləndirmək niyyətindədir. Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının maliyyə naziri, QDTİB-тnin Azərbaycan üzrə rəhbəri Sahil Babayev Bankın Rəhbərlər Şurasının 28-ci İllik Toplantısının açılış mərasimində deyib. O bildirib ki, QDTİB ötən il dayanıqlılıq nümayiş etdirib, əməliyyat fəaliyyətini genişləndirib və region üzrə inkişaf mandatını uğurla yerinə yetirib. Nazirin sözlərinə görə, 2025-ci ildə Bank ümumi dəyəri 668 milyon avrodan çox olan 31 yeni layihəni təsdiqləyib ki, bu da əvvəlki illə müqayisədə təxminən 81% çoxdur. Eyni zamanda, Bankın əməliyyat portfeli 1,5 milyard avroya çatıb ki, bu da onun regional inkişaf institutu kimi rolunu və səmərəliliyini təsdiqləyir. Sahil Babayev qeyd edib ki, Azərbaycan infrastruktur, bərpa olunan enerji, nəqliyyat bağlantıları və maliyyə sektorunun inkişafı da daxil olmaqla müxtəlif istiqamətlərdə QDTİB ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır. O vurğulayıb ki, Bankın enerji təhlükəsizliyinə verdiyi önəm Azərbaycanın strateji prioritetləri ilə üst-üstə düşür. Azərbaycanın etibarlı enerji təchizatçısı və strateji tranzit qovşağı kimi regionun enerji təhlükəsizliyinin gücləndirilməsinə, həmçinin təchizat mənbələrinin və nəqliyyat marşrutlarının şaxələndirilməsinə töhfə verməyə davam etdiyini deyən nazir, ölkənin Orta Dəhliz, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri vasitəsilə regional bağlantının gücləndirilməsində mühüm rol oynadığını bildirib. Nazir əlavə edib ki, Azərbaycan QDTİB-nin təsisçi üzvlərindən biri kimi Bankın institusional potensialının gücləndirilməsini dəstəkləməkdə davam edəcək və üzv ölkələrlə birgə dayanıqlı iqtisadi artımın, regional əməkdaşlığın və ümumi rifahın təşviqi istiqamətində əməkdaşlığı inkişaf etdirəcək. Geri dön |