ABŞ NATO üzrə müttəfiqlərindən müdafiə xərclərinin ÜDM-in 5 faizinə çatdırılması öhdəliyinin icrası ilə bağlı hesabat gözləyir.
"Newsmax" telekanalının məlumatına görə, bunu ABŞ-ın NATO yanında daimi nümayəndəsi Metyu Uiteker bildirib.
Onun sözlərinə görə, iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammitində ötən il Haaqada əldə olunmuş razılaşmadan sonra ilk hesabat təqdim ediləcək.
"ABŞ artıq bu göstəricini ötüb və Vaşinqton digər müttəfiqlərin də eyni addımı atacağını gözləyir", - Ueteker vurğulayıb.
Xatırladaq ki, NATO liderləri 2025-ci ilin iyununda Haaqada keçirilən sammitdə 2035-ci ilədək müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırmaq barədə razılığa gəliblər.