İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Kats Livanın cənubunda İsrail ordusunun nəzarətində olan "təhlükəsizlik zonası"na səfər ediblər.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Baş nazirin Ofisi məlumat yayıb.
Səfər zamanı Netanyahu və Kats hərbi komandanlıqla müşavirə keçirib, əməliyyat vəziyyəti barədə məlumatlandırılıblar.
Netanyahu bir daha bəyan edib ki, "Hizbullah"dan təhlükə qaldığı müddətdə İsrail ordusu Livan ərazisini tərk etməyəcək.
"Bizim göstərişimiz aydındır: təhlükə görürsünüzsə, hərəkət edin", – deyə Netanyahu hərbçilərə müraciətində bildirib.